Əlillik şəxsin müxtəlif maneələrlə qarşılaşdığı zaman cəmiyyətdə iştirakına mane olan psixi, fiziki, əqli və ya hissiyat pozuntularının olmasıdır, həmçinin əlilliyin müəyyən olunması meyarlarını buradan oxuya bilərsiniz. Dövlət əlilliyi olan şəxslərin hüquqlarını müəyyən edir və onların həyata keçirilməsinə nəzarət edir.

Bəs əlilliyi olan şəxslərin hansı hüquqları vardır?

  1. Əlilliyi olan şəxslərin reabilitasiyası və inkişafı
  2. Əlilliyi olanların cəmiyyətdə müstəqil iştirakı və müstəqil həyat tərzinin təmini
  3. Təhsil hüququ (sağlamlıq imkanları məhdud olan uşaqların təlim tərbiyəsi, 18 yaşınadək əlilliyi müəyyən olanların təlim tərbiyəsi, habelə şəxslərin peşə hazırlığı)
  4. Əmək hüququ (məşğulluğun təmin edilməsi, əmək şəraiti, fərdi əmək və sahibkarlıq fəaliyyətinin təmini)
  5. Əlilliyi olan şəxslərin sosial və tibbi təminatı, habelə sosial xidmətin göstərilməsi
  6. Siyasi həyatda və ədalət mühakiməsində iştirakı, onların müdafiəsinin təminatı

Əlilliyi olan şəxslərə ayrı-seçkilik qadağandır və qanunla məsuliyyətə səbəb olur.

Əlilliyi olan şəxslərin reabilitasiyası necədir?

Əlilliyi olan şəxslərin reabilitasiyası, yəni sağlamlığının bərpası zamanı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən müəyyən edilən Fərdi Reabilitasiya proqramı üzrə proses həyata keçirilir. Bu proqram bu şəxslərin hûquqlarını əhatə edir.

Əlilliyi olan şəxslərin müstəqil hərəkəti və yaşayış imkanları necə həyata keçirilir?

Əlilliyi olanların müstəqil hərəkətini təmin etmək üçün yaşayış  binaları, pilləkənlər, liftlər, dəhlizlər, keçidlər, mənzillərin giriş qapıları onların rahatlığı və təhlükəsizliyinə uyğunlaşdırılır.

Yol hərəkəti haqqında Qanuna əsasən parklanma yerlərinin 5%-i əlilliyi olan şəxslər üçün ayrılır və bu yerlərdə yalnız əlilliyi olan şəxs nişanı ilə müəyyən edilən nəqliyyat vasitələri dura bilərlər.

İstehsalatda baş verən bədbəxt hadisə və peşə xəstəliyi nəticəsində əlil olan şəxslər istisna olmaqla 1 fərdi evlərin uyğunlaşdırılması onların vəsaiti hesabına təmin olunur. Habelə bu şəxslər bədən tərbiyə və idman xidmətlərindən pulsuz şərtlərlə, mədəniyyət müəssisələri tərəfindən olan xidmətə görə güzəştli istifadə edirlər.

 Əlilliyi olan şəxslərin təhsil hüququ necə həyata keçirilir?

Əlilliyi olan şəxslərin təhsil hüququ üzrə bu şəxslərin təhsili və peşə hazırlığına şərait yaradılır, həmçinin onlar evdə təhsil, fərdi təhsil və distant formada təhsil alırlar. Tədris vəsaitləri dövlət hesabina təmin edilir. Əlilliyi olanların dövlət peşə təhsili müəssisələrində, ali məktəblərdə təhsil aldıqları zaman təhsil haqqı dövlət tərəfindən ödənilir.

Əmək hüququ necə müəyyən edilir?

Əmək hüququ dedikdə isə əlilliyi olanların digər şəxslərlə bərabər olaraq əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən iş yerləri ilə təmin olunması başa düşülür. Əlillik əlamətinə görə ayrı seçkiliyin olması qadağandır. Müəssisənin ləğv olunma hallarından başqa müalicə keçən şəxslərin əmək müqaviləsinə xitam verilmir. Dövlət onlar üçün müəssisələr yaratmaq və təlimlər keçməklə məşğulluqlarını təmin edir.

Əlilliyi olan şəxslərin sosial müdafiəsi necə təmin edilir?

Əlilliyi olanların sosial müdafiəsində dövlət tərəfindən onların və ailələrinin qidalanma, geyim, yaşayış yeri ilə təmin edir, əlilliklə bağlı olan ehtiyaclarına kòmək edir. Bu şəxslərin sosial təminatı dedikdə onlara pensiya, müavinət və təqaüdlərin verilməsi anlaşılır. Eyni zamanda onlar  dərmanlar, tibbi xidmət, sanatoriya- kurort müalicəsi, protezlər ilə təmin edilirlər, reabilitasiya, yəni sağlamlıqların bərpası dòvlət tərəfindən edilir.

Sosial xidmətin gòstərilməsi onların öz hüquq və azadlıqlarını həyata keçirmək imkanını təmin edir.

Əlilliyin olan şəxslərin siyasi həyat və məhkəmə icraatı zamanı iştirakı necə həyata keçirilir?

Siyasi həyatda iştirakı zamanı Seçki Məcəlləsinə uyğun olaraq referendumda iştirak edə, dövlət orqanlarına seçə və seçilə bilərlər. Əgər səsvermə zamanı xüsusi şəraitin yaradılmalıdırsa onlar üçün bûtûn imkanlar yaradılır. Siyasi partiyalar, ictimai birlik və fondlar onların iştirakına manèə olmamalıdır.

Ədalət mühakiməsində yəni məhkəmə prosesi zamanı əlilliyi olan şəxslər studio tərcüməçilər və qiraətçilər ilə təmin edilirlər.

Müəllif: Cazid Əlizadə