Sosial müavinətlər haqqında” Qanuna əsasən sosial müavinət növlərindən biri də ailə başçısını itirməyə görə müavinətdir. 

Müavinət almaq hüququ aşağıdakı hallarda verilir:

  • Əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda;
  • Yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə

Müavinətin məbləği sonra 120 manat müəyyən edilmişdir.

Ailə başçısını itirməyə görə müavinət aşağıdakı göstərilən müddətə təyin edilir:

  • Vəfat etmiş şəxsin uşaqlarına – 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla);
  • Vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına – əlillik müddətinə;
  • Vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə – uşağın 8 yaşınadək.

Hal-hazırda bu müavinət hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir.

Elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir.

Vəfat etmiş şəxsin uşaqlarına:

  • Şəxsiyyət vəsiqəsi
  • Ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı
  • Ailə başçısının ölüm haqqında şəhadətnaməsi (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının surəti)
  • Uşaqlarının doğum haqqında şəhadətnamələri
  • Vəfat etmiş şəxsin 18 yaşından yuxarı, əyani təhsil alan (təhsilini bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) uşaqlarının təhsil alması barədə təhsil müəssisəsinin arayışı
  • Nikah haqqında şəhadətnamə

Vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına:

  • Şəxsiyyət vəsiqəsi
  • Ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı
  • Ailə başçısının ölüm haqqında şəhadətnaməsi (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının surəti)
  • Vəfat etmiş şəxsin 18 yaşından yuxarı övladının əlilliyi barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış
  • Vəfat edən şəxsin əlilliyi olan övladının sağlamlıq imkanının 18 yaşınadək müəyyən edilməsi barədə TSEK müayinə aktından çıxarış

Vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə:

  • Şəxsiyyət vəsiqəsi
  • Ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı
  • Ailə başçısının ölüm haqqında şəhadətnaməsi (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının surəti)
  • Vəfat etmiş şəxsin 8 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələri
  • Şəxsin uşaqla və yaxud vəfat etmiş ailə başçısı ilə qohumluq əlaqəsini təsdiq edən sənəd (doğum haqqında, nikah haqqında şəhadətnamə)

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 (beş) gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.

Sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir.

Müəllif: Zakir Bayramov