Boşanma zamanı ipotekada olan əmlakın bölünməsi qaydasını aşağıda izah edirik.

Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Nikah dövründə ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əmələ gəlmiş öhdəliklər ər-arvadın ümumi öhdəliklərini təşkil edir.

Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

Nikah müddətində əldə edilmiş ipotekada olan əmlak da nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa və ya nikah müqaviləsi yoxdursa, ər-arvadın birgə mülkiyyəti hesab edilir. Həmçinin, ipotekaya yaranmış borc da onların hər ikisinin bərabər öhdəliyidir.

Ailə Məcəlləsinin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.

Məsələn, A və B evlidir. Və onlar 10 ildir ki, 20 illik ipoteka krediti ilə mənzil alıblar. Bu halda mülkiyyətin kimin adında olmasının əhəmiyyəti yoxdur. Həmin mənzil onların birgə mülkiyyətidir və hesab edilir ki, indiyədək ödənilən ödənişləri də birgə ödəyiblər. Nikah ləğv edildiyi zaman ödənməli olan 10 illik kredit borcu bərabər bölünəcək.

Qeyd edək ki, boşanma zamanı alimentin məbləğinin artırılması ilə bağlı ərizə nümunəsini buradan endirə bilərsiniz.

Tutaq ki, A bu ödənişləri ödəməkdən imtina edir. Bu halda B ilkin ödənişin və 10 illik ödənişlərin yarısını A-ya ödəməlidir və bundan sonra o təkbaşına öhdəlik daşıyır. 

Əgər aralarında razılıq belə də razılıq olmazsa, bu halda bank mənzili satışa çıxara bilər. Mənzil satışa çıxarılarsa və bu məbləğ borcu ödəməzsə, bu halda yerdə qalan borc da bərabər bölüşdürülür.