Haqqımızda

Layihəmizin əsas məqsədi ölkəmizdə hüquqi maarifləndirmənin aparılmasına töhfə vermək və ehtiyacı olan şəxslərə ödənişsiz hüquqi yardımın göstərilməsindən ibarətdir. Bu məqsədlərə nail olmaq üçün komandamız müxtəlif platformalar üzərindən (instagram, facebook, youtube, tiktok) fəaliyyət göstərir. Layihə çərçivəsində müxtəlif hüquqi mövzularla bağlı postlar hazırlanır və videolar çəkilir. Həmçinin bizə ünvanlanan hüquqi suallara uyğun cavablar verilir, ehtiyac yarandığı halda isə dövlət orqanlarına və məhkəmələrə ərizələrin/müraciətlərin yazılmasında müraciət edən şəxslərə yardım göstərilir.