“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müavinət növlərindən biri də müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinətdir.

Müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda onun 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına təyin olunur.

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 1.1.8-ci maddəsində göstərilmişdir. Sonuncu dəyişikliklərlə sözügedən müavinətin məbləği 2023-cü ilin yanvar ayının 1-dən 120 manat məbləğdə müəyyən edilmişdir və müavinət aylıq ödənilir.

Müavinət müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətdə olduğu müddətə təyin edilir.

Müraciət etmə qaydası və tələb edilən sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” ilə müəyyən edilmişdir.

Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.

Müavinət üçün aşağıdakı sənədlərlə müraciət edilməlidir:

  • Uşağın və valideynlərin şəxsiyyət vəsiqəsi
  • Uşağın doğum haqqında şəhadətnaməsi
  • Şəxsin müddətli həqiqi hərbi xidmətdə olmasına dair Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı
  • Ümumtəhsil məktəblərində təhsilalma haqqında arayış.

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.

Sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki 3 il üçün ödənilir.

Mövzu ilə əlaqədar sualınız olarsa, “Instagram” və ya “Facebook” səhifəmizdən bizə yaza

bilərsiniz.

Müəllif: Zakir Bayramov