Uşağın ölkədən getməsinə icazə necə alınır?

Uşaqların ölkədən getməsi ilə bağlı tez-tez yaranan mübahisələrin əsas səbəblərindən biri valideynlər arasında olan narazılıqlar olur. Hərdən boşanma zamanı valideynlərdən biri uşağın digər valideynə verilməsinə ona görə etiraz edir ki, uşağın ölkə xaricinə aparılacağını düşünür.

Halbuki, bu məsələ o qədər də sadə deyil. 

Bəs, bu məsələ necə tənzimlənilir?

Oxumağa davam et “Uşağın ölkədən getməsinə icazə necə alınır?”

Boşanma zamanı əmlak necə bölünür?

Boşanma zamanı ipotekada olan əmlakın bölünməsi qaydasını aşağıda izah edirik.

Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Nikah dövründə ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əmələ gəlmiş öhdəliklər ər-arvadın ümumi öhdəliklərini təşkil edir.

Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

Nikah müddətində əldə edilmiş ipotekada olan əmlak da nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa və ya nikah müqaviləsi yoxdursa, ər-arvadın birgə mülkiyyəti hesab edilir. Həmçinin, ipotekaya yaranmış borc da onların hər ikisinin bərabər öhdəliyidir.

Oxumağa davam et “Boşanma zamanı əmlak necə bölünür?”

Ödənişsiz məzuniyyət nə deməkdir?

Ödənişsiz məzuniyyət nə deməkdir? Hansı hallarda və qaydada verilir?

Əmək Məcəlləsinə əsasən, işçinin aşağıda göstərilən hallarda ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır:

  1. Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək;
  2. təhsil almaq;
  3. yaradıcı elmi işlə məşğul olmaq;
  4. habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda.
Oxumağa davam etÖdənişsiz məzuniyyət nə deməkdir?

İşsizlikdən sığorta ödənişi nə zaman təyin edilir?

Kimlərin sığorta ödənişi almaq hüququ var? Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, habelə əmək müqaviləsinin müddətinin qurtarması nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz kimi qeydiyyata alınmış şəxslər işsizlikdən sığorta ödənişi almaq hüququna malikdirlər. Bu halda şəxs adı çəkilən Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və ya “DOST” mərkəzlərində qeydiyyata alınmalıdır. 5 iş günü ərzində vətəndaşa münasib iş təklif olunmazsa və ya işəgötürən tərəfindən vakansiyaya qəbulundan imtina edilərsə, sığorta ödənişinin təyin edilməsi barədə qərar qəbul edilir, sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə tikilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir.

Oxumağa davam et “İşsizlikdən sığorta ödənişi nə zaman təyin edilir?”