Ünvanlı dövlət sosial yardımla bağlı sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” ilə müəyyən edilib.

Bu sənədləri hardan və necə almaq olar?

Həmin Qaydalara əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs ailə tərkibi haqqında arayış almalıdır. Burada əmək qabiliyyətli dedikdə, şəxsin işləmək üçün fiziki imkanın olması və əqli inkişafının olmağı nəzərdə tutulur.

Bu arayışı yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərindən almalısınız.

Daha sonra həmin ailə tərkibi haqqında arayışla notariusa yaxınlaşırsınız. “ASAN Xidmət”ə də yaxınlaşıb notarius üçün müraciət etdiyinizi deyə bilərsiniz.

Orada ərizə yazacaqsınız və bu həmin ərizə notarius orqanı tərəfindən təsdiq ediləcək.

Ailə tərkibi haqqında arayışı əsasında notariat orqanı tərəfindən təsdiq edilmiş ərizə ilə yardımın alınması üçün müraciət edə bilər.

Deməli sizə lazım olacaq sənədlər əvvəla, 1) Ailə tərkibi haqqında arayış; 2) notariat orqanı tərəfindən təsdiq edilmiş ərizədir.

Bununla əlaqədar olaraq, təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə Elektron hökumət və ya Nazirliyine-sosialinternet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətindən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq “Ünvanlı yardım(VEMTAS) altsisteminə göndərir.

Yuxarıda sözü Qaydalara uyğun olaraq sosial yardımın alınması ilə bağlı edilmiş müraciətlər VEMTAS tərəfindən araşdırılır. Yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır.

Sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar çıxarıldığı hallarda isə imtinanın səbəbi göstərilməklə bu barədə VEMTAS tərəfindən Qaydaların 3.8-ci bəndinə əsasən “Ərizə-bəyannamə”də qeyd edilmiş əks əlaqə vasitəsinə məlumat göndərilir.

Ailənizə ünvanlı dövlət sosial yardımının təyin edilməsi hüququna baxılması üçün elektron qaydada www.sosial.gov.azwww.e-gov.az internet portalları vasitəsi ilə müraciət edə bilərsiniz.

Əgər müraciət zamanı hər hansı çətinliyiniz olarsa, bizə müraciət edə bilərsiniz.

Müəllif: Zakir Bayramov