Sosial Hüquqlar Mərkəzi Bakı İnsan Hüquqları əməkdaşlıq çərçivəsində ünvanlı sosial yardımla bağlı təlimat kitabçası hazırlamışdır. Təlimat kitabçasında, ünvanlı sosial yardımın şamil ediliyi şəxslərin dairəsi konkret misallar üzərindən izah edilmişdir. Bundan əlavə, müraciət qaydası, ünvanlı sosial yardımın hesablanması qaydası və əlaqəli məsələlər sadə formada hazırlanmışdır.

Təlimat kitabçası, əsasən vətəndaşlar, vətəndaş cəmiyyəti nümayəndələri və hüquqşunasları hədəfləyir. Təlimatın hazırlanmasında əsas məqsəd, vətəndaşların ünvanlı sosial yardım sisteminə çatımlılığının təmin edilməsidir. Qeyd edək ki, Sosial Hüquqlar Mərkəzi, ünvanlı sosial yardıma VEMTAS sistemi üzərindən müraciət qaydalarını da video formatında hazırlamışdır. Həmin videoya da buradan baxa bilərsiniz.

Kateqoriya: