Əmək qabiliyyəti olmayan şəxslərin əmək pensiyası hüququ olmadıqdaişləmədikdə onlar qanunla müəyyən edilmiş yaşa çatdıqda yaşa görə müavinət ala bilərlər. Bu yaş həddi əmək pensiyası üçün müəyyən edilən yaş həddi ilə eynidir. 

“Əmək pensiyaları haqqında” Qanuna əsasən, yaş həddi kişilər üçün 63, qadınlar üçün isə 60-dır.

Qanuna əsasən, kişilər üçün kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

  • 5 və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların yaş həddi hər uşağa görə 1 il azaldılmaqla
  • Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 il azaldılmaqla
  • Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin yaş həddi 5 il azaldılmaqla.

Müavinətin məbləği 220 manatdır.

Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.

Mərkəzi Elektron İnformasiya Sistemindən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir.

Çoxuşaqlı analara yaşa görə müavinətin təyin edilməsi üçün:

  • Yaşayış yerindən arayış
  • Qadının və övladlarının şəxsiyyət vəsiqələri
  • Uşaqların doğum haqqında şəhadətnamələri
  • Qadının 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı

Sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə müavinətin təyin edilməsi üçün:

  • Yaşayış yerindən arayış
  • Uşağın doğum haqqında şəhadətnaməsi
  • Qadının və övladının şəxsiyyət vəsiqəsi
  • Uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış
  • Qadının sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı

Uşaqlarını təkbaşına böyüdən atalara yaşa görə müavinətin təyin edilməsi üçün:

  • Ailə tərkibi haqqında arayış
  • Atanın və övladlarının şəxsiyyət vəsiqələri
  • Atanın 5 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı
  • Ananın ölüm haqqında şəhadətnaməsinin və ya analıq hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı
  • Uşaqların doğum haqqında şəhadətnamələri
  • Atanın növbəti nikaha daxil olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı

Sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki 3 il üçün ödənilir.

Mövzu ilə bağlı susalınız olarsa, bizə yaza bilərsiniz.

Müəllif: Zakir Bayramov