“Korrupsiyaya qarşı mübarizə haqqında” AR Qanunun 7-ci maddəsinə əsasən vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

Bu tələbi pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır. Göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər.

Bəs yaxın qohum dedikdə kimlər nəzərdə tutulur?

Cinayət Prosessual Məcəllənin 7.0.32-ci maddəsinə əsasən aşağıdakılar yaxın qohum hesab olunur:

  • Babalar və nənələr;
  • Valideynlər və övladlığa götürənlər;
  • Doğma və ögey qardaşlar və bacılar;
  • Ər-arvad,
  • Uşaqlar və övladlığa götürülənlər;
  • Nəvələr.

Mövzu ilə əlaqədar sualınız olarsa, bizə yaza bilərsiniz.

 Müəllif: Səxavət Yusifov